This is a specific ad

Rusiya Ukraynaya ən kütləvi hava hücumunu həyata keçirib

213

Another advertisement

Ukrayna ərazisində elan edilən fövqaladə vəziyyətə Rusiya tərəfindən Ukraynaya 236 hava hücumunun edilməsi səbəb olub.

QafqazTürk media xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin general-leytenantı Nikolay Oleşçuk məlumat verib.

Bildirilir ki, hücum nəticəsində 7 nəfər ölüb, 4-ü uşaq olmaqla, 47 nəfər yaralanıb.

Ümumilikdə 201 obyekt, o cümlədən 102 raket və 99 pilotsuz uçuş aparatı məhv edilib.

Məhv olunan silahlar:

X-47M2 tipli aeroballistik raket;

6 ədəd İsgəndər tipli ballistik raket;

77 ədəd X-101 qanadlı raket;

28 kalibrli qanadlı raket;

3 ədəd X-22 qanadlı raket;

10 idarə olunan hava raketi X-59/X-69;

109 Şahed tipli pilotsuz uçuş aparatı.

“Hücumun dəf edilməsi üçün aviasiya, zenit qoşunları, Ukrayna Silahlı Qüvvələrinin mobil qrupları, radioelektron döyüş bölmələri istifadə edilib”, – deyə Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk qeyd edib.

Xatırladaq ki, Ukrayna mətbuatının verdiyi məlumata görə, müharibə başlayandan bəri avqustun 26-da baş vermiş hücum Rusiyanın ən kütləvi hava hücumudur.

Sonrakı yazı
Bu gün Gürcüstanda “Mariamoba” bayramı qeyd edilir
Öncəki yazı
“Mənim Qəhrəmanım-Amiran Narsavidze”