This is a specific ad

“Rusiya-Ukrayna münaqişəsi ədalətli şəkildə həll edilməlidir”-Hakan Fidan

241

Another advertisement

Türkiyənin xarici işlər naziri Hakan Fidanın sözlərinə görə, baxmayaraq ki, heç bir tərəf müharibə prosesində uduzan tərəf olmaq istəmir, yenə də Rusiya ilə Ukrayna arasında ortaq dil axtarışları davam edir.

“Bizim hər iki tərəflə xüsusi münasibətimiz var. Dost acı həqiqəti desə də, çəkinmədən hər iki tərəfi dinləyirik. Bizim etdiyimiz budur”, – Hakan Fidan  müsahibəsində deyib.

QafqazTürk Media xəbər verir ki, Hakan Fidan  münaqişənin ədalətli həllinin Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalı olduğunu qeyd edib.

“Müharibənin ədalətli həlli Ukraynanın ərazi bütövlüyü çərçivəsində tapılmalıdır”, – Türkiyə XİN rəhbəri bildirib.

Sonrakı yazı
“Donald Tramp seçkilərdə qalib gəlsə, Ukraynada müharibəni dayandıra bilməyəcək”-Dimitri Medvedev
Öncəki yazı
Bu tarixdən etibarən mövsümi qripə qarşı peyvənd ölkə üzrə bütün vətəndaşlar üçün pulsuz olacaq