This is a specific ad

Rusiya üçün ağır gecə -Rusiyanın bir neçə regionuna hücum olub

204

Another advertisement

Rusiyanın Belqorod, Lipetsk, Bryansk və Kursk vilayətlərinə hücum olub.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Belqorod, Bryansk, Kursk və Lipetsk vilayətlərinin qubernatorları yayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hava hücumundan müdafiənin 29 ədəd PUA-nı zərərsizləşdirdiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində yaralanan olmasa da, bir sıra yaşayış yerlərinə, həmçinin sənaye müəssisəsinə ziyan dəyib.

Lipetsk regionun qubernatoru İqor Artamonovun sözlərinə görə, ərazidə fövqəladə vəziyyət tətbiq olunub, regionun qəsəbələrinin sakinləri təhlükəsizliyi təmin etmək üçün təxliyə edilir.

Vəziyyətin gərginləşdiyi digər regionlardan biri də Bryansk vilayətidir. Vilayətin səmasında dörd PUA vurulub. Qubernator regionda itki və dağıntının olmadığını bildirib.

Kursk vilayətinin qubernatoru Aleksey Smirnov isə regionun PUA təhlükəsi altında olduğunu bildirsə də, mümkün hücumun fəsadları barədə paylaşım etməyib. Eyni zamanda, sosial şəbəkədə regionun Rılsk rayonunda güclü yanğına dair görüntülər yayılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Zelenski: “Rusiya yaşatdığını hiss etməlidir”
Öncəki yazı
ბენიამინ ნეთანიაჰუს ოფისში აცხადებენ, რომ ისრაელის დელეგაცია 15 აგვისტოს ცეცხლის შეწყვეტის შეთანხმების შესახებ მოლაპარაკებებს დაესწრება