This is a specific ad

Rusiya-Türkiyə əməkdaşlığının Türkiyə iqtisadiyyatına təsiri

71

Another advertisement

Bu gün, 27 Aprel tarixində Türkiyə və Rusiya prezidentləri “Ağquyu” atom elektrik stansiyasının rəsmi açılışını ediblər. Açılış mərasimində Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin videobağlantı vasitəsi ilə iştirak ediblər.

“Ağquyu” Atom Elektrik Stansiyası Rusiya Enerji Şirkətinin iştirakı ilə tikilib və Türkiyənin ilk atom elektrik stansiyası olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd edir ki, “Ağquyu” atom elektrik stansiyası Türkiyə və Rusiyanın ən böyük ortaq sərmayəsidir və AES ölkə iqtisadiyyatına çox müsbət təsir edəcək.

“Ağquyu Atom Elektrik stansiyası Türkiyə və Rusiyanın ən böyük ortaq sərmayəsidir. Nüvə yanacağının çatdırılması ilə Ağquyu Atom Elektrik Stansiyası rəsmi olaraq nüvə obyekti statusunu aldı. Layihə Türkiyədə ildə 1,5 milyard dollarlıq təbii qaz idxalının azalmasına töhfə verəcək. AES-in istifadəyə verilməsi həmçinin milli gəlirin artmasına müsbət təsir göstərəcək. ” – Türkiyə prezidenti qeyd edir.

Rusiya prezidenti Vladimir Putin Ağquyu AES-in açılış mərasimində çıxışı zamanı prezident Rəcəb Tayyib Ərdoğanın öz məqsədlərinə doğru addımını dəstəklədiyini bildirib.

“Rusiya Rəcəb Tayyib Ərdoğanın qarşıya qoyulan məqsədlərə doğru addımlamasını dəstəkləyir. Ankara ilə Moskva arasında əməkdaşlıq iki ölkənin maraqlarına cavab verir, həmçinin regional və beynəlxalq sabitliyə xidmət edir.

Ağquyu AES-i Türkiyə və Rusiyanın iqtisadi və qonşuluq münasibətlərinin inkişafına töhfə verən ən mühüm birgə layihədir. AES-in tikilməsi Türkiyə prezidenti Ərdoğanın Türkiyə üçün, onun iqtisadiyyatının yüksəlişi üçün, ümumiyyətlə Türkiyənin bütün vətəndaşları üçün nə qədər böyük işlər gördüyünün daha bir inandırıcı nümunəsidir. Bu əməkdaşlıq həm də onu göstərir ki, Türkiyə rəhbərliyi, şəxsən prezident Rəcəb Tayib Ərdoğan Rusiya-Türkiyə münasibətlərinin bütün istiqamətlərdə genişlənməsinə böyük diqqət yetirir. Biz öz tərəfimizdən belə əhval-ruhiyyənin tərəfdarıyıq”, – deyə Rusiya prezidenti Vladimir Putin bildirib.

Vladimir Putin eyni çıxışında Rusiya və Türkiyə arasına hava nəqliyyatı ilə sərnişin daşımalarının həcmini artıracağını bildirib.

“İki ölkə arasında əlverişli səyahət şəraitinin yaradılması vacibdir. Bu kontekstdə biz ikitərəfli hava daşımalarının həcmini artırmaq barədə razılığa gəldik”, – deyə Putin bildirib.

Bundan əlavə, Putin qeyd etdi ki, Rusiya və Türkiyənin iqtisadi-ticarət əlaqələrini dərinləşdirmək və ticarət dövriyyəsini stimullaşdırmaq barədə Türkiyə prezidenti ilə razılığa gəliblər.

Qeyd edək ki, Türkiyə və Rusiya 2010-cu ilin mayında Mersin vilayətində Ağquyu atom elektrik stansiyasının tikintisinə dair hökumətlərarası saziş imzalayıblar. Stansiyanın birinci blokunun tikintisinin təməli 2018-ci ilin aprelində qoyulub. Bu, Türkiyənin ilk atom elektrik stansiyasıdır.

Sonrakı yazı
Ərdoğan: “Tezliklə ölkəmizdə ikinci və üçüncü AES-in tikintisinə başlanacaq”
Öncəki yazı
Gürcüstanda yaşayan Türkiyə vətəndaşlarının nəzərinə!