Rusiya Türkiyənin qaz qovşağı layihəsinin icrasının sürətlənəcəyini gözləyir

216

Rusiyanın Energetika Nazirliyi hazırda Türkiyədə qaz qovşağının yaradılması layihəsinin sürətləndirilməsi üçün hər cür şəraitin olduğunu hesab edir.

Qafqaztürk TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiyanın energetika naziri Nikolay Şulqinov bildirib.

“Müddət (Türkiyədə qaz qovşağının təşkili üçün – red.) hələ müəyyən edilməyib, lakin iş gedir. Düşünürəm ki, indi həmkarlarla birlikdə məsələnin həllini sürətləndirmək üçün hər cür şərait var”, – o deyib.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Marneulidə bir nəfər saxlanılıb
Öncəki yazı
Almaniya Ukraynaya yeni hərbi yardım paketi verib