Another advertisement
Rusiya 48 Avstraliya vətəndaşına sanksiya tətbiq edib. Onların arasında jurnalistlər, bələdiyyələrin deputatları və hərbi sənaye kompleksinin podratçıları da var. QafqazTürk.com xəbər verir ki,məlumatı Rusiya Xarici İşlər Nazirliyinə əsaslanan Kremlin təbliğat mediası yayıb.
“Əlavə 48 avstraliyalının ölkəmizə girişi qeyri-müəyyən müddətə qadağan edilib. Anti-Rusiya gündəmi yaradanlar üçün” – Xarici İşlər Nazirliyi yazır.
Qeyd edəki ki,Rusiya Xarici İşlər Nazirliyi Avstraliyanın rus diplomatlarını ölkədən çıxarmasına bu addımı ilə cavab verib.