Rusiya qoşunları qitələrarası ballistik raketi sınaqdan keçirib

0

Rusiyanın Strateji Təyinatlı Raket Qüvvələri (STRQ) qitələrarası ballistik raketi (QBR) sınaqdan keçirib. Buraxılış Həştərxan vilayətindəki Kapustin Yar poliqonundan həyata keçirilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Həştərxan vilayətindən atılan təlim döyüş başlığı Qazaxıstanın Sarı-Naqan poliqonunda hədəfə düşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, sınaq tapşırıqları tam yerinə yetirilib. Qurum qeyd edib ki, buraxılış yeni strateji komplekslərin işlənib hazırlanmasında istifadə olunan “sxem dizaynının və texniki həllərin düzgünlüyünü” təsdiqləməyə imkan verib.

0
0
Kateqoriya: Dünya
Sonrakı yazı
Fatma Aslan Əliyeva – 65
Öncəki yazı
Rusiya XİN sözçüsü: “Azərbaycanla Ermənistan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək”