This is a specific ad

Rusiya Qazaxıstanı BRİKS-dən imtina etdiyinə görə cəzalandırıb

300

Another advertisement

Qazaxıstan BRİKS-ə qoşulmaqdan imtina etdikdən sonra Rusiya Qazaxıstandan meyvə və tərəvəz idxalına qadağa qoyub.

QafqazTürk Media xəbər verir ki, bu u barədə “Politico” məlumat yayıb.

Nəşr yazır ki, Qazaxıstanın qərarı Kremlin lideri Vladimir Putinə bir zərbədir.

“Politico” yazır ki, oktyabrın 17-də Rusiyanın kənd təsərrüfatının təhlükəsizliyinə nəzarət orqanı “Rosselxoznadzor” Qazaxıstandan pomidor, bibər, buğda, kətan toxumu və mərcimək idxalına müvəqqəti qadağa qoyub.

Oktyabrın 16-da Qazaxıstan prezidentinin mətbuat katibi Berik Valli bildirib ki, Qazaxıstan yaxın vaxtlarda “BRİKS”ə imtina edəcək.

Qazaxıstanın gələcəkdə hansı təşkilata üstünlük verəcəyini soruşduqda, Berik Vali qeyd edib ki, Qazaxıstan prezidenti dəfələrlə BMT-nin bütün cari beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və alternativsiz təşkilat kimi lehinə çıxış edib.

Kateqoriya: Dünya, Siyasət
Sonrakı yazı
Son bir ayda paytaxtda 3430 mənzil satılıb
Öncəki yazı
Bayden Almaniyanın ən yüksək dövlət mükafatına layiq görülüb