Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb

90

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Məlumatı Rusiya mediası yayıb.

Bildirilib ki, görüş Çin şəhəri Tyançzində, Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub.

Putin görüşün əvvəlində bildirib ki, Paşinyanla söhbət etmək fürsəti onun üçün xoşdur:

“Çoxdan görüşməmişik, bir çox məsələ yığılıb – ikitərəfli, regional və beynəlxalq. Ümid edirəm, bugünkü görüş faydalı və məzmunlu olacaq. Sizi görməyimə çox şadam”, – deyə Rusiya prezidenti qeyd edib.

Qeyd edək ki, ŞƏT sammiti bu gün rəsmi qəbul mərasimi ilə açılıb. Sammitin rəsmi proqramı sabah başlayacaq.

Kateqoriya: Dünya, Gündəm
Sonrakı yazı
Brüsseldə NATO–Ukrayna Şurasının fövqəladə iclası keçiriləcək
Öncəki yazı
Çin və Ermənistan arasında strateji tərəfdaşlıq barədə razılaşma əldə olunub