Another advertisement
“ABŞ Avropanın mövqelərini zəiflətmək və Ukrayna münaqişəsini uzatmaq vasitəsilə faydalar əldə etmək məntiqi ilə hərəkət edir”.
QafqazTürk xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iclasında deyib.
O bildirib ki, həm avropalılar, həm də Avropa elitasının nümayəndələri görürlər ki, Ukraynaya dəstək Avropanın deyil, başqalarının maraqlarına xidmət edir: “Söhbət Avropanın zəifləməsindən faydalanan okeanın o biri tərəfindəki qlobal hegemonun maraqlarının qorunmasından gedir. Ukrayna münaqişəsinin sonsuza qədər uzanması onun üçün faydalıdır”.