Rusiya ordusu Zaporojye AES-i minalayıb

2

“Rusiya Zaporojye Atom Elektik Stansiyasını (AES) minalayıb”.

QafqazTürk “Reporta” istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

O bildirib ki, xüsusilə AES-in soyuducusu minalanıb: “Əgər onu sıradan çıxarsalar, bu, ciddi problemlərlə nəticələnə bilər”.

Qeyd edək ki, Rusiya ordusu Zaporojye AES-i 2022-ci ilin yazında işğal edib. Obyekt Rusiyanın Rosatom şirkəti tərəfindən idarə olunur.

Xatırladaq ki, Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak daha əvvəl söyləmişdi ki, Rusiya Zaporojye AES-i vura bilər.

0
0
Sonrakı yazı
Göz yaşı qadınların çox yaşamasına səbəb olur
Öncəki yazı
მარნეულში ძლიერი წვიმის გამო, გუშინ, საღამოს საათებიდან ელექტრო ენერგიის მიწოდება შეუწყდა