This is a specific ad

Rusiya ordusu Dnepri vurdu-çox sayda yaralı var

58

Another advertisement

Rus işğalçıları Dnepr yaxınlığında dinc sakinlərə hücum edib, nəticədə 3-ü uşaq olmaqla 13 nəfər yaralanıb. Məlumatı Dnepr administrasiyasının rəhbəri Sergey Lisak yayıb.

Lisak deyir ki, hücum nəticəsində 2 evə ziyan dəyib və hazırda xilasedicilər vətəndaşları dağıntılar altından çıxarmağa çalışırlar. Artıq bir vətəndaş dağıntılar altından çıxarılıb. Qalan yaralılara isə, artıq klinikaya yerləşdirilib.

Raket zərbəsi nəticəsində hadisə yerində yanğın baş verib və xilasedicilər onu söndürməyə çalışırlar.

Ukrayna prezidenti Vladimir Zelenski artıq hadisəyə münasibət bildirib.

“Rusiya terrorçu dövlət olduğunu bir daha sübut etdi. Rusiya ölkəmizə və vətəndaşlarımıza etdiklərinə görə cavab verəcək”, – deyə Zelenski bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Varşavada hökumət əleyhinə kütləvi nümayiş keçirilir
Öncəki yazı
Axalçixedə həkim Krım-Konqo qızdırmasından dünyasını dəyişib