Rusiya nümayəndə heyətinin rəhbəri: Bu gün Ukrayna tərəfini görüşə gözləyəcəyik

20

İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Rusiya bu gün səhərdən etibarən danışıqlar üçün Ukrayna nümayəndələrini gözləyəcək.

Medinski jurnalistlərə açıqlamasında deyib: “Səhər saat 10:00-dan görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik.

Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti ilkin şərt olmadan birbaşa ikitərəfli danışıqlar aparmaq üçün İstanbula gəlib. “Biz işləməyə hazırıq”, – Medinski əlavə edib.

Bundan əlavə, o, Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidanla Rusiya tərəfinin Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini izah etdiyi görüşü səmərəli adlandırıb.

“Biz  Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri ilə çox məhsuldar görüş keçirdik və mövqeyimizi izah etdik”, – Medinski bildirib.

Sonrakı yazı
Kür çayında axtarışlar davam edir
Öncəki yazı
16 may tarixinə olan valyuta məzənnəsi məlumdur