Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiyanın hücumlarında əhəmiyyətli sayda Şimali Koreya əsgərindən istifadə etməyə başladığına dair sübutlar var.
Onun sözlərinə görə, ruslar hazırda onlardan yalnız Kursk vilayətində istifadə edirlər, onların şimali koreyalılardan cəbhənin digər sektorlarında istifadə etməyə başlayacağı barədə artıq məlumat var.
“Bu kateqoriyalar arasında itkilər artıq nəzərə çarpır. Əslində, Moskva başqa bir dövləti bu müharibəyə sürükləyib və mümkün qədər cəlb edib və bu, eskalasiya deyilsə, o zaman çoxlarının danışdığı eskalasiya nədir? Bu, Putindir, müharibəni genişləndirmək və davam etdirmək üçün addımlar atan şəxs”- deyə o qeyd edib.
Zelenskiyə görə, aydındır ki, Moskva bütün ölkələrin- Çin və Braziliyadan tutmuş, digər ölkələrədək gərginliyin azaldılması üçün hər şeyi etmək lazımdır çağırışlarına məhəl qoymur.
“Biz bu müharibəni dayandırmaq üçün bütün tərəfdaşlarımızla koordinasiyalı tədbirlər görməyə davam edəcəyik – onu etibarlı şəkildə, zəmanətli sülhlə dayandıracağıq”, – deyə Zelenski bildirib.