Another advertisement
Ötən gecə Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri (HHM) Ukraynaya məxsus 45 pilotsuz uçan aparatı (PUA) məhv edib.
QafqazTürk Media bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat verir.
“Ötən gecə Kiyev rejimi Rusiya ərazisindəki hədəflərə pilotsuz uçuş aparatlarından istifadə etməklə hücum həyata keçirməyə cəhd edərkən, növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən 45 təyyarə tipli PUA məhv edilib”, – deyə məlumatda qeyd olunub.
Məlumata əsasən, onlardan 11-i Moskva vilayəti, daha 23-ü Bryansk vilayəti üzərində, altı qurğu Belqorod vilayəti, üçü Kaluqa vilayəti, ikisi isə Kursk vilayəti üzərində məhv edilib.