Another advertisement
“Ukrayna pilotsuz təyyarələri Rusiya kəşfiyyat gəmisi “İvan Xurs”a hücum edib.”
QafqazTürk xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Verilən məlumata görə, hücumda üç Ukrayna kateri iştirak edib. Nazirliyin rəsmi nümayəndəsi İqor Kanaşenkov bildirir ki, “Rusiya gəmisinin ştat silahlanmasından düşmənin bütün pilotsuz təyyarələri məhv edilib”.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi həmçinin Ukrayna pilotsuz təyyarələrinin məhv edildiyini iddia etdiyi kadrlar yayımlayıb.
Ukrayna Silahlı Qüvvələri hələ ki, bununla bağlı açıqlama verməyib.