Another advertisement
Gürcüstan Rusiyanın dost turizm ölkələri siyahısına əlavə oluna bilər.
QafqazTürk.com xəbər verir ki,bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Rusiya Dövlət Dumasına bir sıra “MDB” dövlətlərinin istiqamətləri üzrə fəaliyyət göstərən turoperatorlar üçün maliyyə güzəştlərinin tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim olunub.
TourDom.ru və Profi.Travel turizm portalları iddia edir ki, dost ölkələrin siyahısı artıq Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə razılaşdırılıb və ona MDB-yə üzv dövlətlərlə yanaşı Gürcüstan da daxildir. Həmçinin, özünü elan etmiş Abxaziya və “Cənubi Osetiya” respublikaları.
Yerli KİV-in məlumatına görə, dost turizm ölkələrinin siyahısını Rusiya hökuməti təsdiq edəcək.