Rusiya kosmik gəmisi Aya çırpılıb

1

Rusiyanın Ayın cənub qütbünə göndərdiyi “Luna-25” gəmisi Ayın səthinə çırpılıb. Rusiya 47 ildən sonra yenidən Aya eniş etmək üçün hərəkətə keçdi. Avqustun 11-də buraxılan “Luna-25” gəmisi ilə ötən gün əlaqə kəsilib.

QafqazTürk.com-un verdiyi məlumata görə, Rusiya Kosmik Agentliyi (Roskosmos) əvvəlcədən müəyyən edilmiş orbitdən çıxan vasitənin Ayın səthinə çarpdığını açıqlayıb.

Ukraynanın işğalından sonra Avropa Kosmik Agentliyi ilə əməkdaşlığı sona çatan Rusiya Ay missiyasını təkbaşına davam etdirib. Qəzanın səbəblərini öyrənmək üçün araşdırmalara başlanılıb.

0
0
Kateqoriya: Araşdırma
Sonrakı yazı
Moskvaya PUA hücumu olub: Yaralananlar var
Öncəki yazı
Cari ilin 6 ayı ərzində Almaniyadan deportasiya edilənlərin çoxu Gürcüstan vətəndaşlarıdır