This is a specific ad

Rusiya Kaxovki SES-i partladıb – daşqın səbəbindən təxliyyə başlayıb

93

Another advertisement

İyunun 6-da gecə saatlarında Rusiya Ukraynada Kaxovki Su Elektrik Stansiyasını partladıb. Xerson administrasiyasının məlumatına görə, su 5 saat ərzində kritik, əhali üçün təhlükəli həddə çatacaq.
Ukrayna rəsmiləri və agentlikləri tərəfindən yayılan videogörüntülərdə stansiyanın bəndinin tamamilə dağıldığı görünür. Bu o deməkdir ki, su böyük miqdarda və yüksək sürətlə məskunlaşan ərazilərə doğru axır. Ukrayna Daxili İşlər Nazirliyi artıq Xerson şəhərinin bir hissəsi də daxil olmaqla, maksimum riskli beş zona müəyyən edib.

Sonrakı yazı
Tbilisidə kişi keçmiş həyat yoldaşını öldürərək cəsədini dərəyə atıb
Öncəki yazı
Gürcüstanda zəlzələ baş verdi