“Rusiya İstanbulda Ukrayna ilə danışıqlara hazırlaşır”-Dimitri Peskov

19

Rusiya İstanbulda Ukrayna ilə danışıqlara hazırlaşır.

Bu barədə Kremlin sözçüsü Dimitri Peskov brifinqdə deyib.

Bundan əlavə, Peskov mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlamaqdan imtina edib.

“Prezident Putin bunu zəruri hesab edən kimi biz bunu elan edəcəyik”, – Peskov qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılmasını təklif etmişdi. Buna cavab olaraq Ukrayna Prezidenti Vladimir Zelenski mayın 15-də Türkiyədə Vladimir Putinlə şəxsən görüşəcəyini bildirmişdi.

Sonrakı yazı
13 may tarixinə olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Bu gün Parlamentdə Müvəqqəti İstintaq Komissiyasının növbəti iclası keçiriləcək