Rusiya İstanbulda Ukrayna ilə danışıqlara hazırlaşır.
Bu barədə Kremlin sözçüsü Dimitri Peskov brifinqdə deyib.
Bundan əlavə, Peskov mayın 15-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda Rusiya nümayəndə heyətinin tərkibini açıqlamaqdan imtina edib.
“Prezident Putin bunu zəruri hesab edən kimi biz bunu elan edəcəyik”, – Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin mayın 15-də İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılmasını təklif etmişdi. Buna cavab olaraq Ukrayna Prezidenti Vladimir Zelenski mayın 15-də Türkiyədə Vladimir Putinlə şəxsən görüşəcəyini bildirmişdi.