Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz olaraq saxlanılan Xacarat Axvlediani və Qiorqi Romelaşvili azad edilib və mərkəzi hökumətin nəzarətində olan ərazidədirlər.
QafqazTürk Media xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, Xacarat Axvlediani və Qiorqi Romelaşvilinin azadlığa buraxılması prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmi, həm də müvafiq sərəncamdan istifadə olunurdu. Gürcüstanın mərkəzi hökuməti daimi rejimdə beynəlxalq tərəfdaşlara məlumat verib.
“Məsələ Gürcüstanın mərkəzi hökuməti tərəfindən Cenevrə Beynəlxalq Müzakirələri (GID) və İnsidentlərin Qarşısının Alınması və Cavab Mexanizmi (IPRM) formatları çərçivəsində ciddi şəkildə qaldırılıb.
Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.
Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz həbsdə olan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir”, – məlumatda deyilir.