This is a specific ad

Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb

15

Another advertisement

Rusiya işğalçı qüvvələri  işğal altında olan Disevi kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar.

QafqazTürk.com xəbər verir ki,hadisə ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.                                                           Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i aktivləşdirib. Daha bir qanunsuz həbs faktı barədə məlumat dərhal Cenevrədəki beynəlxalq müzakirələrin həmsədrlərinə və beynəlxalq tərəfdaşlara çatdırılıb.

Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət Rusiyanın işğalçı dövlətinin üzərinə düşür.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Zurabişvili “Gürcü Arzusu”nun Tbilisidə keçirəcəyi mitinqi tənqid edib
Öncəki yazı
Parlamentin Hüquq Məsələləri Komitəsinin iclası səs-küy fonunda keçirilib