Rusiya bu gündən etibarən işğal olunmuş Abxaziyaya humanitar elektrik enerjisi çatdırılması prosesinə başlayıb.
QafqazTürk Media xəbər verir ki, bu barədə Energetika və nəqliyyat naziri Gansux Nanba jurnalistlərə bildirib.
“Dekabrın 23-də Rusiya Abxaziyaya humanitar elektrik enerjisinin çatdırılmasına başlayıb”, – Nanba bildirib.
Verilən elektrik enerjisinin limiti 327 milyon kilovat/saatdır. “Çernomorenerqo” şirkəti iddia edir ki, bu həcmdə elektrik enerjisi cari ayırma qrafikinə uyğun olaraq yanvar və fevral aylarında kifayət edəcək.
“Hazırda kəsilmə qrafiki sutkada dörd saat, iki gecə və iki gündür, verilən enerji yanvar və fevral aylarında mövcud olan kəsinti qrafikinə kifayət etməlidir”, – enerji şirkəti qeyd edib.
Xatırladırıq ki, mövcud vəziyyət Enqurhesi su anbarında suyun səviyyəsinin aşağı olması ilə bağlıdır, buna görə də işğal olunmuş Abxaziya Rusiyadan elektrik enerjisi idxal etmək məcburiyyətindədir. Rusiya mətbuatının verdiyi məlumata görə, gündəlik elektrik enerjisi axını Abxaziyaya 15 milyon rubla başa gəlir. Bu məbləğ 2024-cü ilin büdcəsinə daxil edilməyib, ona görə də qondarma Hökumət ödəniş vasitələri tapmaq üçün təcili tədbirlər görür. Həmçinin elektrik enerjisinə qənaət etmək məqsədi ilə söndürmə rejimi də qurulub.