Another advertisement
Ukrayna Hərbi Hava Qüvvələri bu gün ölkəyə hava hücumu zamanı Rusiya ordusunun müxtəlif bombalardan, o cümlədən qitələrarası ballistik raketdən istifadə etdiyini bildirib.
QafqazTürk Media barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu təşkil etdiyini açıqlayıb.
Açıqlamada Dnepr şəhərindəki sənaye sahələrinin və kritik infrastrukturun hücumlarda hədəf alındığı qeyd edilib.
Bildirilib ki, hücumlar səbəbindən ölkənin müxtəlif şəhərlərində, xüsusilə də Kiyevdə elektrik enerjisi kəsilib.