This is a specific ad

Rusiya idmançıları dünya çempionatında yenidən iştirak edə bilməyəcəklər

71

Another advertisement

Rusiyalı idmançılar Çex Respublikası ərazisində keçirilən hər hansı turnir və matçlarda iştirakdan kənarlaşdırılıb. QafqazTürk.com xəbər verir ki,məlumata görə, bu barədə hökumətin iyunun 28-də keçirilən iclasında qərar verilib.
Qadağa Rusiya Federasiyasını təmsil edən ayrı-ayrı idmançıların və idman komandalarının Çex Respublikası ərazisində təşkil olunan idman yarışlarında, matçlarda iştirakına aiddir. Eyni zamanda, çexiyalı idmançılar da Rusiya ərazisində yarışlarda iştirak edə bilməzlər.
Beləliklə, Rusiya faktiki olaraq 2024-cü ildə Çex Respublikasında keçiriləcək hokkey üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

Kateqoriya: İdman
Sonrakı yazı
Tbilisidə avto-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Ukrayna İranı Beynəlxalq Məhkəməyə verəcək