Another advertisement
“Rusiya Gürcüstanda planlaşdırılan seçkilərə heç bir təsir göstərə bilməyəcək”.
QafqazTürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze müsahibəsində bildirib.
Hökumət başçısının sözlərinə görə, Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur.
“Deyə bilərəm ki, Rusiyanın Gürcüstanda heç bir təsiri yoxdur. Onun təsir edəcəyi siyasi partiyalar yoxdur. Medianın təsiri də yoxdur. Ona görə də Rusiya Gürcüstanda planlaşdırılan seçkilərə heç bir təsir göstərə bilməyəcək”, – baş nazir bildirib.