Rusiya-Gürcüstan sərhədini birləşdirən Mtsxeta-Stefantsminda-Lars yolu yük maşınları üçün bağlanıb.Rusiya tərəfində Gürcüstana girmək üçün gözləyən avtomobillərin sayı 2 minə çatıb.
QafqazTürk.com xəbər verir ki,bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, Rusiya tərəfində Gürcüstana girmək üçün gözləyən avtomobillərin sayı 2 minə çatıb.
Noyabrın 19-da səhər saatlarında güclü qar səbəbindən yolda yük maşınlarının hərəkəti dayandırılıb, axşam saatlarında isə bütün növ nəqliyyatın hərəkəti qadağan edilib.
Çərşənbə günü, noyabrın 22-də Gürcüstanın Avtomobil Yolları Departamenti yüngül avtomobillərin hərəkətinə icazə verildiyini açıqlayıb.
Qeyd edək ki,“Zemo Larsi”dən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə aktiv quru yoludur.