This is a specific ad

Rusiya-Gürcüstan sərhədində yüzlərlə yük maşını yolun açılmasını gözləyir

16

Another advertisement

Rusiya-Gürcüstan sərhədini birləşdirən Mtsxeta-Stefantsminda-Lars yolu yük maşınları üçün bağlanıb.Rusiya tərəfində Gürcüstana girmək üçün gözləyən avtomobillərin sayı 2 minə çatıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, Rusiya tərəfində Gürcüstana girmək üçün gözləyən avtomobillərin sayı 2 minə çatıb.

Noyabrın 19-da səhər saatlarında güclü qar səbəbindən yolda yük maşınlarının hərəkəti dayandırılıb, axşam saatlarında isə bütün növ nəqliyyatın hərəkəti qadağan edilib.

Çərşənbə günü, noyabrın 22-də Gürcüstanın Avtomobil Yolları Departamenti yüngül avtomobillərin hərəkətinə icazə verildiyini açıqlayıb.

Qeyd edək ki,“Zemo Larsi”dən keçən yol Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə aktiv quru yoludur.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
ადამიანის უფლებათა დაცვისა და სამოქალაქო ინტეგრაციის კომიტეტმა მხარი დაუჭირა კანონპროექტთა პაკეტს, რომელიც ბავშვის სასარგებლოდ ალიმენტის სავალდებულო გადახდას ეხება
Öncəki yazı
Azərbaycanın müdafiə nazirinin müavinləri Gürcüstanda işgüzar səfərdədir