This is a specific ad

Rusiya-Gürcüstan sərhədində mərmi aşkarlanıb

17

Another advertisement

Rusiya və Gürcüstan arasında yerləşən “Yuxarı Lars” keçid məntəqəsində qumbaraatan mərmisi aşkar edilib.

QafqazTürk.com xəbər verir ki,Şimali Osetiyada “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsinin şimal tərəfində ekskavator yolu genişləndirmək üçün işləyərkən “VOQ-25” tipli qumbaraatan mərmisi tapılıb.

Hadisə yerinə ekspertlər cəlb olunub, mərmi zərərsizləşdirilib.

Rusiya hüquq mühafizə orqanları mərminin Rusiya-Gürcüstan sərhədinə necə düşdüyünün məlum olmadığını bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
“Çəhrayı Oktyabr” çərçivəsində Marneulidə pulsuz skrininq planlaşdırılır
Öncəki yazı
Gürcüstan regionda nüvə silahının mümkün tətbiqinə qarşı xüsusi plan hazırlayıb