This is a specific ad

Rusiya Google şirkətini 20 000 000 000 000 000 000 000 000 000 000 dollar cərimələyib

297

Another advertisement

Rusiya dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Google-dan ölçüyəgəlməz məbləğdə cərimələrin ödənilməsini tələb edir.

QafqazTürk Media xəbər verir ki, şirkət YouTube platformasında rusiyayönlü kanalların bloklanmasına görə tətbiq edilən cərimələri ödəməkdən imtina etdikdən sonra Kremlin Google-dan tələb etdiyi cərimələrin məbləği 2 milyarda qədər artıb.

Cərimə 20 decillyon dollara bərabərdir, bu da dünya iqtisadiyyatından bir neçə dəfə böyükdür – Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, dünyanın ümumi daxili məhsulu 110 trilyon dollardır. Qeyd edək ki, Google-un ana şirkəti Alphabet-in bazar dəyəri 2 trilyon dollardır.

Bu həftə Rusiya dövlət mediası bildirib ki, Rusiya məhkəməsi bu yaxınlarda YouTube-a bloklanmış səhifələri 2022-ci ildən bərpa etməyi əmr edib, əks halda cərimələrin həftəlik ikiqat artırılması ilə üzləşəcək.

Oktyabrın 31-də iddia ilə bağlı suala Kremlin sözçüsü Dmitri Peskov “hətta rəqəmi düzgün tələffüz edə bilmədiyini” etiraf edib, lakin məbləğin “simvollarla dolu olduğunu” deyib.

“[Google] öz platformasında yayımçılarımızın fəaliyyətini məhdudlaşdırmamalıdır.” – deyə əlavə etdi.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
Bu meyvələrin qabığındada fayda var
Öncəki yazı
İspaniyada təbii fəlakət nəticəsində ölənlərin sayı 200-ü ötüb