This is a specific ad

Rusiya Fransadan Ukraynadakı münaqişə ilə bağlı Kiyevin iştirakı olmadan dialoqun başlanması ilə bağlı təkliflər alıb

38

Another advertisement

Rusiya Fransadan Ukraynadakı münaqişə ilə bağlı Kiyevin iştirakı olmadan dialoqun başlanması ilə bağlı təkliflər alıb.

QafqazTürk Media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Serqey Lavrov mediaya müsahibəsində bildirib.

“Bir neçə dəfə fransalı həmkarlarımız qapalı kanallar vasitəsilə müraciət ediblər: “Gəlin Ukrayna məsələsini müzakirə edək”, – Lavrov qeyd edib.

Onun sözlərinə görə, Parisdən gələn bu cür siqnallar Qərbin “Ukraynasız Ukraynadan söz gedə bilməz” qaydasını pozur.

Lavrov vurğulayıb ki, Fransa həm də Ukraynaya sülhməramlıların göndərilməsinin təşəbbüskarıdır və ukraynalı əsgərləri öyrədir.

“Bu cür qeyri-müəyyən davranış ciddi qəbul olunmaq istəyi yaratmır”, – Rusiya XİN rəhbəri bildirib.

Sonrakı yazı
Qardabanidə bacısını öldürən şəxsə hökm oxunub
Öncəki yazı
Qori bələdiyyəsinin Kvemo Nikozi kəndi yaxınlığında iki Gürcüstan vətəndaşı qanunsuz olaraq saxlanılıb