Rusiya Federasiyasının üç vilayətində antiterror əməliyyatı rejimi tətbiq edilib

105

Another advertisement

Rusiyanın üç vilayətində: Kursk, Bryansk və Belqorod vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək, terror aktlarının qarşısını almaq məqsədilə antiterror əməliyyatı rejimi tətbiq edilib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Milli Antiterror Komitəsinin informasiya mərkəzi məlumat yayıb.

“Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin Kursk vilayəti ərazisində törətdiyi terror aktının nəticəsi olaraq mülki əhali arasında itkilər, yaşayış binalarının və digər mülki obyektlərdə dağıntılar baş vermişdir. Məhz buna görə də Terrorla Mübarizə Komitəsinin rəhbəri, Rusiya FTX-nin direktoru Aleksandr Bortnikov Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatları təşkil etmək qərarına gəlib”, – deyə məlumatda bildirilir.

Adıçəkilən vilayətlərdə antiterror əməliyyatı rejim tətbiq edilib və müvəqqəti məhdudiyyətlər qoyulub.

Kateqoriya: Dünya
Sonrakı yazı
Baş nazir ABŞ senatoru və konqresmen arasında baş tutan görüşdə mühüm məsələlərə toxunulub
Öncəki yazı
Braziliyanın San-Paulu şəhəri yaxınlığında sərnişin təyyarəsi qəzaya uğrayıb