Another advertisement
Almaniya kansleri Olaf Şoltsun fikrincə, Ukraynaya uzaqmənzilli silahların tədarükü və ya Rusiya ərazisinin dərinliklərinə endirilməsinə icazə vermək səhv olardı.
QafqazTürk Media xəbər verir ki, bu barədə Şolts müsahibəsində bildirib.
“Əminəm ki, Ukraynaya verdiyimiz silahlar Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirmək üçün istifadə edilsəydi və ya biz bunu edə bilən silahlar tədarük etsək, bu, səhv olardı”, – Şolts bildirib.
Onun sözlərinə görə, “nəyin bahasına olursa olsun” Rusiya Federasiyası ilə NATO arasında münaqişədən qaçmaq lazımdır.
“Əgər bizdən başqa heç kimin ağırlıqlı qərarlar vermək üçün lazım olan beyin gücü yoxdursa, belə də olsun”- Şolts deyib.