This is a specific ad

“Rusiya Federasiyası ABŞ-la müharibə haqqında düşünmür”-Serqey Lavrov

241

Another advertisement

“Rusiya Federasiyası ABŞ-la müharibə haqqında düşünmür, belə müharibə nüvə xarakterli ola bilər, Moskva üçün əsas bundan uzaq olmaqdır”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Serqey Lavrov müsahibəsində deyib.

“Biz ABŞ-la nüvə xarakterli ola biləcək müharibə haqqında düşünmürük. Bizim hərbi doktrinamızda deyilir ki, ən başlıcası nüvə müharibəsindən uzaq durmaqdır”, – Lavrov bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin yanvarında Rusiya Federasiyası BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya) liderlərinin birgə bəyanatı ilə çıxış edib və bu bəyanatda qeyd edilir ki, bu dövlətlər bundan yayınmaq üçün hər şeyi edəcəklər.

 

Kateqoriya: Cəmiyyət, Dünya, Siyasət
Sonrakı yazı
“Biz özümüzü müdafiə edəcəyik və Macarıstanın suverenliyi və macar xalqının maraqları üçün mübarizə aparacağıq”-Viktor Orban
Öncəki yazı
“Biz gördük ki, bəzi avropalı siyasətçilər zorakılığı sülh adlandırırlar”-Şalva Papuaşvili