Rusiya Dövlət Pedaqoji Üniversitetinin Şərqşünaslıq fakültəsininin tələbəsi Liana Axundovanın “Ərəb alimlərinin elmə töhvəsi” adlı məqaləsini sizə təqdim edirik

141

Ərəb alimlərinin elmə töhfəsi

Bilirdinizmi, ərəb alimləri elmin inkişafına necə böyük töhfə veriblər?

Hər şey “İslamın Qızıl Dövrü” (və ya İslam Renessansı) adlanan bir zamanda başladı. Həmin dövrdə ərəb sivilizasiyası sürətlə inkişaf edir, elmi nailiyyətlər zirvəsinə yüksəlirdi.

Məsələn, Əl-Xarəzmi cəbr elminin banisi sayılır. “Cəbr” sözü onun məşhur əsəri olan “Əl-Cəbr” kitabının adından yaranıb. 819-cu ildə Əl-Xarəzmi Bağdada köçərək “Hikmət evi” (Beyt əl-hikmə) adlı elmi mərkəzin rəhbəri oldu. Bu mərkəz o dövrdə ərəb elmi düşüncəsinin əsas ocağı idi. 830-cu ildə o, cəbrə dair ilk traktatı yazdı. Əl-Xarəzmi onluq say sistemi, kəsrlər və trigonometrik funksiyaları elmi dövriyyəyə daxil etmişdi. Bu anlayışlar olmasa, müasir riyaziyyatı təsəvvür etmək mümkün deyil. O, həmçinin coğrafiya, astronomiya və tarixlə də məşğul olurdu: təqvimlər, planetlərin həqiqi mövqeyi haqqında əsərlər yazmış, Makedoniyalı İsgəndərin doğum tarixi, eləcə də peyğəmbər Məhəmmədin doğulması və peyğəmbərliyə başlaması haqqında məlumatlar vermişdi.

Həmin dövrün digər məşhur alimi İbn Sina (Avicenna) idi. Onun “Tibb Qanunu” adlı tibbi ensiklopediyası XVII əsrə qədər Avropanın bir çox universitetlərində dərslik kimi istifadə olunurdu. İbn Sina bu əsərində insan orqanizminin “kiçik varlıqlar” – yəni virus və bakteriyalar tərəfindən yoluxa biləcəyini qeyd etmişdi. O, xəstəlikləri o vaxta qədər heç kimin etmədiyi dərəcədə ətraflı şəkildə təsvir etmişdi. “Tibb Qanunu”nun əlyazması hazırda Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. Bundan əlavə, İbn Sina göz əməliyyatlarında özünəməxsus bir cərrahi üsul kəşf etmişdi.

Məhz Ərəb xilafətində ilk dəfə olaraq xəstəxanalar, hospitallar və tibb institutları yaradılmışdı.

Bundan əlavə, dünyanın ilk universiteti 859-cu ildə Mərakeşin Fəs şəhərində təsis olunub və bu ali təhsil ocağı bu günə qədər fəaliyyət göstərir.

Müəllif:

Liana Axundova

Sankt-Peterburq şəhəri

Rusiya Dövlət Pedaqoji Universiteti

Şərqşünaslıq fakültəsi

Ərəb dili və mədəniyyəti kafedrası

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Tramp Xi Jinping ilə görüşdən sonra Ukrayna məsələsində “birgə işləyəcəklərini” deyib – ƏTRAFLI
Öncəki yazı
30 oktyabr tarixinə olan valyuta məzənnəsi məlumdur