This is a specific ad

“Rusiya Bəşər Əsədin apardığı danışıqların heç birində iştirak etməyib”- Rusiya Xarici İşlər Nazirliyi

45

Another advertisement

Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir neçə iştirakçısı ilə danışıqlardan sonra tutduğu vəzifədən istefa vermək qərarına gəlib və ölkəni tərk edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Agentliyin verdiyi məlumata görə, Rusiya bu danışıqlarda iştirak etməyib.

“Bəşər Əsədlə Suriya Ərəb Respublikası ərazisində silahlı münaqişənin bir neçə iştirakçısı arasında aparılan danışıqlar nəticəsində o, prezident postunu tərk etmək qərarına gəlib və hakimiyyətin dinc yolla ötürülməsi üçün göstərişlər verərək ölkəni tərk edib. Rusiya bu danışıqlarda iştirak etməyib”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Kateqoriya: Cəmiyyət, Dünya, Gündəm
Sonrakı yazı
“Ukrayna müharibə başlayandan bəri 43 min əsgərini itirib”-Vladimir Zelenski
Öncəki yazı
Şimal Buzlu Okean tarixdə ilk dəfə buzsuz qala bilər