This is a specific ad

Rusiya BRİKS-in vahid valyutasının simvolik əskinasını təqdim edib

264

Another advertisement

Oktyabrın 24-də BRİKS-in vahid valyutasının nominal dəyəri 100 Briks olan ilk simvolik əskinasın təqdim edilib. Rusiyanın Cənubi Afrikadakı səfiri İlya Roqaçev bu xatirə əskinasını BƏƏ-nin səfiri Məhş Səid Əl Hameliyə Pretoriyada Birləşmiş Ərəb Əmirliklərinin təşkilata qəbulu münasibətilə keçirilən mərasimdə təqdim edib.

QafqazTürk Media xəbər verir ki, bu barədə İranın İrna xəbər agentliyi məlumat yayıb.

Rusiyada çap edilmiş əskinasın dizaynı assosiasiyanın beynəlxalq mahiyyətini əks etdirir: ön tərəfdə BRİKS-in yaradıcısı olan beş ölkənin bayraqları, arxa tərəfində isə bloka qoşulmağı planlaşdıran dövlətlərin rəmzləri yerləşdirilib.

Əskinas sırf simvolik olsa da, BRİKS ölkələrinin iqtisadi əməkdaşlığı gücləndirməyə və vahid valyuta məkanı yaratmağa sadiqliyini nümayiş etdirir. Güman edilir ki, gələcək BRİKS valyutası digər valyutalara konvertasiyaya ehtiyac olmadan üzv ölkələr arasında birbaşa ticarət əməliyyatlarına imkan verəcək.

RANEPA-nın Şimali Qafqaz İnstitutunun eksperti Sergey Reşetnyakın fikrincə, avronun Avropa İttifaqında tətbiqi zamanı tətbiq edilən ənənəvi yanaşmadan fərqli olaraq, real BRİKS valyutası rəqəmsal formatda yaradıla bilər.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Rusiyanın daha bir şəhərindən Gürcüstana birbaşa reyslər başlayır
Öncəki yazı
“Yeni iş yerləri açılacaq, yoxsulluq azalacaq”-İrakli Kobaxidze