This is a specific ad

“Rus təyyarələrinə yox!” – Tbilisi Beynəlxalq Aeroportunda etiraz yürüşü

25

Another advertisement

“Droa” partiyasının təşkilatçılığı ilə, Tbilisi Beynəlxalq Aeroportuna doğru etiraz yürüşü keçirildi.

QafqazTürk xəbər verir ki, bu barədə “Droa” partiyası məlumat yayır.

Sözügedən etiraz aksiyasında vətəndaşlar rus aviaşirkətinin enməsinə etiraz ediblər. Yürüşün iştirakçılarının dediyinə görə, Gürcüstana rus təyyarələrinin enməsi gürcü xalqının iradəsi və seçimi deyil.

“Bu gün bütün dünyanın Rusiyadan təcrid olunduğu, uzaqlaşdığı bir vaxtda, terror dövləti Rusiya ilə birbaşa uçuşların bərpası, əxlaqsızlıqdır. Eləcə də bu, suverenliyimizə birbaşa zərbədir. Özümüzü borclu hesab edirik ki, ilk reysi etirazla qarşılayaq, Rusiyaya, Ukraynaya, partnyorlarımıza etiraz səsimizi duyduraq ki, bilsinlər, bu, bizim üçün adi hal deyil”, – Elene Xoştariya bəyan edib.

Sonrakı yazı
Son vaxtlar Marneuli bələdiyyəsində suçiçəyi xəstəliyinə yoluxma halları artıb
Öncəki yazı
Tbilisi Dövlət Universitetində “Heydər Əliyev” adına auditoriyanın açılış mərasimi olub – ƏTRAFLI