This is a specific ad

“Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən şəxs 700 lari cərimələnib

66

Another advertisement

“Xarici təsirin şəffaflığı haqqında” qanunu dəstəkləyən deputat Viktor Caparidzeyə qarşı hava limanında etiraz edən  “GRASS” qeyri-hökumət təşkilatının üzvü Mariam Çiçikaşvili 700 lari cərimələnib.

QafqazTürk.com xəbər verir ki, Daxili İşlər Nazirliyi Mariam Çiçikaşvilini xırda xuliqanlıqda ittiham edib. Bugünkü məhkəmə prosesində iki sərhəd müfəttişi şahid qismində dindirilib, Çiçikaşvilinin özünün yaydığı video sübutlar da araşdırılıb.

Vəkilin sözlərinə görə, şəhər məhkəməsinin bugünkü qərarına etiraz əlaməti olaraq apellyasiya məhkəməsinə müraciət ediləcək.

Videonun heç bir yerində Çiçikaşvilinin  Caparidzeni təhqir etməsi görünmür.

Qeyd edək ki,  iyunun 9-da Tbilisi beynəlxalq hava limanında Mariam Çiçikaşvili sözügedən qanunun tərəfdarı olan Viktor Caparidzeyə etiraz edərək diskomfort yaradıb. Hadisədən az sonra Mariam Çiçikaşvili xırda xuliqanlıq ittihamı ilə saxlanılıb.

Həmçinin, Mariam Çiçikaşvilini müşaiət edən İrina Qurqenaşvilinin hazırkı tədbirlərdə iştirak etməməsinə baxmayaraq, ona uçmasına icazə verilməyib.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Macarıstan Aİ Şurasına sədrlik edəcək
Öncəki yazı
Dağıstanda kilsə və sinaqoqlara hücum edən şəxslər şiə məscidinə də hücum planlaşdırıblar