This is a specific ad

“Rus qanununa yox”- Tbilisidə yenidən genişmiqyaslı aksiya baş tutub

66

Another advertisement

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən minlərlə vətəndaş Tbilisinin müxtəlif yerlərində toplaşaraq Azadlıq meydanına və Daxili İşlər Nazirliyinə yürüş ediblər.

QafqazTürk.com xəbər verir ki,yürüş iştirakçılarına Rustaveli metrosu yaxınlığında toplaşan  tələbələr də qoşulub.

Yürüş iştirakçılarının fikrincə, Daxili İşlər Nazirliyi ilə aksiyanın simvolik mənası var. Onlar hesab edirlər ki, Daxili İşlər Nazirliyinin nümayəndələri son aksiyalar zamanı “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən aksiya iştirakçılarını qanunsuz olaraq həbs edib və cərimələyiblər.

Qeyd edək ki, gənclər Müstəqillik Günü ilə əlaqədar 26 May, saat 19:00-da aksiya keçirəcəklər.

“Biz 26 may aksiyasına hazırlaşacağıq. Müstəqillik günü ilə əlaqədar olaraq Filarmoniyaya toplaşıb Vəki parkı istiqamətində yürüş təşkil edəcəyik. Bu, böyük mitinqdir və biz buna hazırlaşacağıq”, – deyə  ictimai fəal Saba Tşvitaridze bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rusiya XİN: NATO Rusiya sərhədləri boyunca kiber laboratoriyalar şəbəkəsi yaradır
Öncəki yazı
Ötən il əhalinin gəlirləri xərcləri üstələyib