“Rus qanununa yox!” – Bu gün də Rustaveli prospekti bağlandı

0

Hazırda Rustaveli prospektində “Rus qanununa yox” etiraz aksiyası keçirilir. Gənclər bu gün də prospekti bağlayıblar.

QafqazTürk.com xəbər verir ki,hazırda onlar Tbilisi Ali Məhkəməsi istiqamətində yürüşə başlayırlar.

Dünən, aprelin 20-də rus qanunlarına qarşı etiraz aksiyasının iştirakçıları Rustaveli prospektindən Prezident Administrasiyasına doğru yürüş ediblər.

Qeyd edək ki,aprelin 15-dən Tbilisidə hər gün rus qanunlarına etiraz aksiyaları keçirilir. Mitinq iştirakçıları hökumətdən qanun layihəsini geri götürməyi tələb edirlər.

Aprelin 17-də “Kartli Dream” Rusiya qanununu birinci oxunuşda dəstəkləyib. 83 deputat qanun layihəsini dəstəkləyib.

0
0
Kateqoriya: Siyasət
Sonrakı yazı
Dövlət Təhlükəsizlik Xidməti mümkün terror hücumu ilə əlaqədar BƏYANAT YAYIR
Öncəki yazı
Türkiyədə İŞİD-ə qarşı xüsusi əməliyyat