Another advertisement
Hazırda Rustaveli prospektində “Rus qanununa yox” etiraz aksiyası keçirilir. Gənclər bu gün də prospekti bağlayıblar.
QafqazTürk.com xəbər verir ki,hazırda onlar Tbilisi Ali Məhkəməsi istiqamətində yürüşə başlayırlar.
Dünən, aprelin 20-də rus qanunlarına qarşı etiraz aksiyasının iştirakçıları Rustaveli prospektindən Prezident Administrasiyasına doğru yürüş ediblər.
Qeyd edək ki,aprelin 15-dən Tbilisidə hər gün rus qanunlarına etiraz aksiyaları keçirilir. Mitinq iştirakçıları hökumətdən qanun layihəsini geri götürməyi tələb edirlər.
Aprelin 17-də “Kartli Dream” Rusiya qanununu birinci oxunuşda dəstəkləyib. 83 deputat qanun layihəsini dəstəkləyib.