Rus ordusu Xersonu atəşə tutdu

1

Bu gün Rusiya hərbçiləri Xersonun yaşayış məhəllələrini atəşə tutub. QafqazTürk.com bu barədə Xerson rayonunun hərbi administrasiyasının rəhbərinə istinadən xəbər verir.
“27 yaşlı gənc dünyasını dəyişib. Təcili yardım maşınına ziyan dəyib”, – Xerson rayonunun hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, mülki obyektlərə – evlərə, uşaq bağçasına, təhsil müəssisəsinə və texniki xidmət stansiyasına artilleriya zərbələri endirilib. Xerson əhalisinə tibbi yardım axtarmaq üçün yola çıxan təcili yardım maşınına da ziyan dəyib. Həkimlər xəsarət almayıb.
Ötən gecə və gündüz ərzində rus ordusu Xerson rayonunu 57 dəfə bombalayıb.

0
0
Sonrakı yazı
Qırğızıstanda neft bazasında güclü yanğın başlayıb
Öncəki yazı
Xudu bəy Borçalı – XVIII əsrdə Borçalı mahalında yaşamış xalq qəhrəmanımız – TARİXİMİZİ UNUTMAYAQ!