This is a specific ad

Rus işğalçıları tərəfindən qaçırılan Aleksi Adeişvili azadlıqdadır

82

Another advertisement

Rusiya işğalçı qüvvələrinin işğal etdiyi Axmaci kəndi yaxınlığında qanunsuz saxlanılan Aleksi Adeişvili azaddır və mərkəzi hökumətin nəzarətində olan ərazidədir.

QafqazTürk.com xəbər verir ki,bu barədə DTX məlumat yayıb.

Məlumata görə,Aleksi Adeişvilinin qanunsuz həbsdən azad edilməsi prosesində həm Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyasının (EUMM) birbaşa iştirakı ilə fəaliyyət göstərən “qaynar xətt” mexanizmindən, həm də mərkəzi hökumətin sərəncamında olan bütün müvafiq vasitələrdən fəal şəkildə istifadə olunub. Gürcüstanın mərkəzi hökuməti daimi əsaslarla beynəlxalq tərəfdaşlara məlumat verib.

Qurumdan bildirilir ki,bu məsələ Gürcüstanın Mərkəzi Hökuməti tərəfindən insidentlərin qarşısının alınması və cavab tədbirləri mexanizmi (IPRM) formatı çərçivəsində keçirilən görüşlərdə qaldırılıb.

Gürcüstanın işğal olunmuş rayonlarında və işğal xətti boyunca həyata keçirilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hökumət beynəlxalq tərəfdaşlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir

 

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
ABŞ Dövlət Departamentindən Azərbaycan-Ermənistan şərti sərhədində mümkün eskalasiya ilə bağlı AÇIQLAMA
Öncəki yazı
Ərdoğanın baş müşaviri: “Türkiyədə növbədənkənar prezident seçkisi …”