This is a specific ad

Rus işğalçıları tərəfindən qanunsuz olaraq saxlanılan həmvətənimiz azadlıqdadır – ƏTRAFLI

85

Another advertisement

Rusiya işğalçı qüvvələri tərəfindən 11 mayda Qori munisipalitetinin Mecvrisxevi kəndi yaxınlığında, işğal olunmuş ərazilərdə qanunsuz saxlanılan Giorgi Teraşvili azadlığa buraxıldı.

QafqazTürk xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayır.

DTX-nin məlumatına görə, Giorgi Teraşvili mərkəzi hakimiyyətin nəzarətində olan ərazidədir.

“Giorgi Teraşvilinin dərhal azad edilməsi üçün həm “qaynar xətt” mexanizmindən, eləcə də mərkəzi hakimiyyətin əlində olan bütün digər vasitələrdən fəal istifadə edilirdi.

Gürcüstanın işğal olunmuş bölgələrində və işğal xətti boyunca həyata keçirilən bütün destruktic hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür.

Mərkəzi hakimiyyət beynəlxalq partnyorlarla birlikdə işğal olunmuş ərazilərdə qanunsuz olaraq saxlanılan bütün Gürcüstan vətəndaşlarının azad edilməsi üçün fəal işi davam etdirir”, – DTX-nin məlumatında deyilir.

Sonrakı yazı
DİN: Azyaşlıları küçə ticarətinə cəlb edən şəxs həbs edilib
Öncəki yazı
Alimlər mədəaltı vəzi xərçənginə qarşı peyvənd yaradıblar – RƏSMİ