This is a specific ad

Rus işğalçıları Gürcüstan vətəndaşını qanunsuz olaraq həbs ediblər

48

Another advertisement

Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal altındakı Sinaquri kəndi yaxınlığında Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıblar. 

QafqazTürk.com xəbər verir ki,bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

DTX-nın məlumatına görə, sözügedən hadisə ilə bağlı məlumat daxil olan Dövlət Təhlükəsizliyi Xidməti Avropa İttifaqının Monitorinq Missiyası tərəfindən idarə olunan “qaynar xətt”i işə salıb.

Qeyri-qanuni həbs edilən Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün bütün mövcud mexanizmlər işə salınıb.

“Gürcüstanın işğal olunmuş ərazilərində, eləcə də işğal xətti boyunca törədilən bütün dağıdıcı hərəkətlərə görə məsuliyyət işğalçı dövlətin üzərinə düşür”, – Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Bu tarixdən Ayasofya məscidinə giriş pullu olacaq
Öncəki yazı
Türkiyənin ən böyük yerli və milli hərbi gəmisi insanların ziyarətinə açıldı