Rus hərbçilər ağ bayraq qaldıraraq təslim oldular.
QafqazTürk Media xəbət verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Ukrayna əsgərləri müdafiə xəttini yarıb, sərhəd-keçid məntəqəsini dağıdıb və 50-dən çox rus hərbçini əsir götürüb.
“Sərhəd keçidi ərazisində Ukrayna tanklarını görən ruslar düzgün qərar verdilər – ağ bayraq asaraq Ukrayna əsgərlərinə təslim oldular”, – 80-ci Hava Desant Briqadasının bəyanatında deyilir.
Xatırladırıq ki, Ukrayna ordusunun Kursk vilayətində əməliyyatı avqustun 6-da başlayıb. Son məlumatlara görə, 82 yaşayış məntəqəsi Ukrayna hərbi qüvvələrinin nəzarəti altındadır.
Sözügedən videogörüntüləri təqdim edirik:
https://www.unian.ua/war/u-zsu-pokazali-pershi-godini-nastupu-u-kurskiy-oblasti-video-12729318.html