This is a specific ad

Rus-gürcü məktəbinin açılması üçün heç bir prosedur yoxdur-Təhsil Nazirliyi

49

Another advertisement

Təhsil Nazirliyindən verilən məlumata görə, Gürcüstanda Rusiyanın maliyyəsi ilə Rusiya-Gürcüstan universitetinin açılması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və nazirlikdə məktəbin açılması ilə bağlı heç bir prosedur yoxdur.

QafqazTürk.com xəbər verir ki,agentliyin məlumatına görə, Gürcüstan Təhsil Keyfiyyətinin İnkişafı üzrə Milli Mərkəzinə Rusiya-Gürcüstan təhsil müəssisəsinin açılması xahişi ilə heç bir müraciət daxil olmayıb. Nazirlik bildirir ki, yayılan məlumatlar ictimaiyyəti çaşdırmağa, təhsil sistemini və hökuməti bilərəkdən gözdən salmağa xidmət edir.

Məlumat üçün bildirək ki, Gürcüstandakı Primokov Mərkəzinin rəhbəri Dimitri Lortkipanidze Tiflisdə Gürcüstan-Rusiya Universitetinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, artıq universitetin tikintisi üçün münasib yer axtarırlar.

Təhsil müəssisəsi tam Rusiya tərəfi ilə təmin olunacaq və onun maliyyələşdirilməsi işğalçı ölkə tərəfindən həyata keçiriləcək.

Kateqoriya: Təhsil
Sonrakı yazı
Pilotsuz təyyarənin hücumundan sonra gürcü dənizçiləri Odessadan Rumıniyaya getdilər
Öncəki yazı
Batumidə Türkiyə tərəfindən axtarışda olan şəxs tutulub