This is a specific ad

Rumıniyada prezident seçkilərinin birinci turunun nəticəsi ləğv edilib

247

Another advertisement

Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticəsini ləğv edib.

Hələlik Rumıniyada yeni prezident seçkisinin nə zaman keçiriləcəyi barədə məlumat verilməyib.

“Prezident seçkilərinə müdaxilə ilə bağlı iki cinayət işi açılıb. Bu, seçicilərə təsir etmək üçün internetdə minlərlə saxta hesabın yaradılmasını göstərən sənədlərin məxfilikdən çıxarılmasından sonra mümkün olub”, – məlumatda deyilir.

Qeyd edək ki, noyabrın 24-də keçirilmiş birinci turda Kelin Corcesku üstünlük əldə etmişdi. Prezident seçkisinin ikinci turu dekabrın 8-də baş tutmalı idi.

Sonrakı yazı
Suriyada yeni cəbhə: PKK-nın “dəhliz” planı məhv edildi
Öncəki yazı
Səhiyyə Nazirliyi dekabrın 6-da keçirilən etiraz aksiyasında yaralananların vəziyyəti ilə bağlı məlumat yayıb